Bazar, 19 May

"Putin ağıllı deyil, amma Bayden axmaqdır" - Donald Tramp

image

“Vladimir Putin Ukrayna ətrafında yaranmış vəziyyətdə Amerika rəhbərliyindən daha müdrik çıxdı və Ağ Evin hazırkı rəhbəri Co Baydeni əzdi”.

Xəbər verilir ki, bu fikri şənbə günü ABŞ-da mühafizəkar dairələrin konfransında çıxışı zamanı Donald Tramp səsləndirib.

Veriliş Newsmax telekanalı tərəfindən yayımlanıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp çıxışı zamanı deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ətrafındakı vəziyyətdə ABŞ hakimiyyətindən daha ağıllı olub.

Çünki o Vaşinqtona hərbi əməliyyata başlamaq cəzasından “yaxa qurtarmağa” icazə verib.

“Problem Putinin ağıllı olmasında deyil. Amma bizim liderlərimiz axmaqdır” – deyə Tramp bildirib.

Trampın sözlərinə görə, NATO ölkələri Rusiyanı sanksiyalarla hədələyərkən bütün dünya Ukraynada baş verən qanlı hadisələri izləyir. “Deyirlər ki, sanksiya? Bax, bu, kifayət qədər zəif addımdır. Putin gülür. Deyir ki: “Oh, mənə qarşı yeni sanksiyalar tətbiq edəcəklər. Mən ki 25 ildir sanksiyalarla yaşayıram” – deyə ABŞ-ın keçmiş prezidenti fikrini tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41